Son Xəbər: Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb, Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb, İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb, Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”, Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək, Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub, İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb, Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb, Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub, Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək,

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Tarix: Bugün, 14:22

2026 FIFA Dünya Kubokunda qrupdan çıxmaq şansını itirən Türkiyə milli komandasının italiyalı baş məşqçisi Vincenzo Montella bildirib ki, Türk xalqının gözləntilərini qarşılaya bilmədikləri üçün böyük məyusluq hiss edirlər.

Paraqvaya 0:1 hesablı məğlubiyyətdən sonra təşkil edilən mətbuat konfransında Montella bildirib:

“Türk xalqının böyük gözləntiləri var idi, çox böyük məyusluq yaşayıram”.

“Obyektiv baxsaq, futbolçularıma qarşı heç bir mənfi düşüncəm yoxdur. Bu gün onlar öz bacarıqlarını daha da inkişaf etdirdilər, çünki iki matçda da böyük performans göstərdilər. 65 zərbəyə baxmayaraq, təəssüf ki, çox az şansla rəqib komandalar nəticə əldə etdi”, - baş məşqçi əlavə edib.

Montella daha sonra deyib:

“Belə iki eyni qarşılaşmaya karyeramda çox az rast gəlmişəm. Türkiyə Futbol Federasiyası həmişə bizə dəstək oldu, yanımızda oldular. Böyük məyusluq içindəyəm...

Federasiyanın nə qədər çalışqan olduğunu bilirəm, onların adına daha çox üzülürəm. 35 illik karyeramda 50 matçda bir dəfə rast gəlinəcək hadisələr iki dəfə ardıcıl baş verdi. Qismət bizim tərəfdə olmadı”.

Vincenzo Montella ehtiyatda yetərli qədər hücumçu olmadığı yönündəki suala cavab olaraq bunları deyib:

“Yenidən geriyə dönəcəyik. Əslində hücumçu məsələsi ilə bağlı iki matçda vurulan 65 zərbəni xatırlatmaq istəyirəm. Forvard mövzusunu açmanıza təəccüblə baxıram - iki oyunda cəmi 65 zərbə var, amma nədənsə olmur, top girmir.

Mənə kimsə futbolda bəzi epizodların niyə baş verdiyini izah etsə, öyrənməyə hazıram. Biz gedirik, olmur; rəqib bir dəfə gəlir, olur. Rəqibin cərimə meydançasına girdik, zərbələr vurduq, toplar dirəkdən keçdi… Qismət yanınızda olmayanda belə olur.

Oyunçularım ürəklərini ortaya qoydular. Futbol məntiq deyil. İnsanlar xəyal qurur, amma daha yaxşı oynayan komanda həmişə qazanmır.

Əgər biz vəziyyət yaratmasaydıq, problem olardı. Amma belə iki oyunun ard-arda gəlməsi bir az sadə görünür. Yenə də ‘qismət bizdən yana deyildi’ kimi olur. Birini vursaq, bəlkə hər şey fərqli olardı.

Təəssüf ki, belə oldu. Avstraliya matçına nisbətən daha yaxşı mübarizə etdik. Olmayanda olmur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR