Son Xəbər: Litvanın Baş naziri İlham Əliyevə zəng edib, Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb, Tatarıstan dron hücumuna məruz qalıb, ölənlər var, Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var, Britaniya Hərbi Dəniz Qüvvələrinin dronları Çinə texniki məlumat ötürüb, Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi, FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib, SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq, Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb, Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib,

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Tarix: 22-06-2026, 08:54

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat və Parlament prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR