Son Xəbər: Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir, ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir, Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb, Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub, Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib, Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb, Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb, Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB, Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək, “Bunun sonu pis olacaq” - Zelenski,

Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

Tarix: Bugün, 17:11


Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.

Bu sözləri Prezident İlham Əliyev Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib.

“Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.

Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”, - dövlət başçısı qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR