Son Xəbər: İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI, İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib, DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar, "EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb, Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var, Şıxlinski və oğlu barədə yekun qərar verildi, Bakı Zooparkı ləğv edilir, Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir, İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər,

Bakı Zooparkı ləğv edilir

Bakı Zooparkı ləğv edilir

Tarix: Bugün, 14:16

Bakı Zooparkı ləğv edilir

Bakıda Heyvanat Parkının fəaliyyətində ciddi struktur dəyişikliyi ediləcək.

Prezident İlham Əliyevin imzaladığı "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Heyvanat Parkı ləğv edilərək yeni yaradılan "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) birləşdiriləcək.

Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində yenidən təşkili həyata keçirmək tapşırılıb. Sənədə əsasən, Heyvanat Parkı ayrıca hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq və onun funksiyaları yeni yaradılan qurumun tərkibində davam etdiriləcək.

Qeyd edək ki, söhbət zooparkın fiziki olaraq bağlanmasından və ya fəaliyyətinin dayandırılmasından getmir. Fərmanda nəzərdə tutulan dəyişiklik idarəetmə modelinin yenilənməsi və qurumun yeni hüquqi struktur çərçivəsində fəaliyyət göstərməsi ilə bağlıdır. Heyvanat Parkı "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC-yə birləşdirilmə yolu ilə yenidən təşkil ediləcək.

"Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC-nin yaradılması isə Prezidentin 20 fevral 2026-cı il tarixli "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" fərmanında nəzərdə tutulub. Yeni strukturun həm sahibsiz heyvanlarla bağlı fəaliyyətin, həm də mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edəcəyi gözlənilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR