Son Xəbər: İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI, İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib, DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar, "EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb, Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var, Şıxlinski və oğlu barədə yekun qərar verildi, Bakı Zooparkı ləğv edilir, Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir, İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər,

Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

Tarix: Bugün, 15:09

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücum edib, nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bu barədə Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul teleqram kanalında bildirib.

"Mülki infrastruktur obyektinə zərbə endirilib. Təəssüf ki, 3 nəfər həlak olub. Hazırda yaralıların sayı 19-a çatıb, onlardan beşi ağır vəziyyətdədir ", - o deyib.

Vilkul bildirilib ki, Rusiya şəhərə ballistik raketlərlə hücum edib.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja bildirib ki, Krivoy Roqa raket zərbəsi nəticəsində sənaye infrastrukturu zədələnib.

Onun sözlərinə görə, bir neçə yanğın baş verib və onlar xilasedicilər tərəfindən operativ şəkildə söndürülüb. İstismar olunmayan bina, ekskavator və avtomobil zədələnib.

Qanja əlavə edib ki, 30 və 39 yaşlarında iki yaralı kişi ağır vəziyyətdə, 62 yaşlı qadın isə son dərəcə ağır vəziyyətdədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR