Son Xəbər: Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır, Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir, Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib, Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq, Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib, İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI, İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib, DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar, "EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb,

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tarix: Bugün, 09:26

 Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR