Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"

Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"

Tarix: 1-07-2026, 11:15

Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"


Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib.

Bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nda deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, fiskal dayanıqlılığın gücləndirilməsi, rəqəmsal transformasiya və özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımın təşviqi istiqamətində islahatları ardıcıl şəkildə davam etdirib: "Eyni zamanda, ölkə nəqliyyat, logistika və bağlantı infrastrukturuna yatırılan davamlı investisiyalar hesabına Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu daha da möhkəmləndirib. Mürəkkəb geosiyasi və iqtisadi şəraitə baxmayaraq, Qara Dəniz Ticarət və İnkişaf Bankı dayanıqlılığını qoruyub saxlayıb, əməliyyat fəaliyyətini genişləndirib və regionda inkişaf mandatını uğurla icra etməyə davam edib".

Nazir qeyd edib ki, bankın ötən il əldə etdiyi nəticələr ruhlandırıcıdır: "Dəyəri 668 milyon avrodan çox olan 31 yeni layihənin təsdiqlənməsi (bu, əvvəlki illə müqayisədə təxminən 81 % artım deməkdir), əməliyyat portfelinin təxminən 1,5 milyard avroya çatması və bankın güclü maliyyə göstəriciləri onun regional inkişaf institutu kimi aktuallığını və səmərəliliyini bir daha təsdiqləyir. Bu nailiyyətlər Qara Dəniz Ticarət və İnkişaf Bankının 2025–2026-cı illəri əhatə edən ortamüddətli strategiyası və biznes planının ikinci mərhələsinin icrasının ilk ilində əldə olunan mühüm irəliləyişin göstəricisidir. Eyni zamanda, onlar bankın inkişaf missiyasına sadiq qalmaqla üzv ölkələrin dəyişən ehtiyaclarına çevik və effektiv cavab vermək qabiliyyətini nümayiş etdirir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR