Son Xəbər: "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub, MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir, Milli Məclisin deputatı İranda səfərdədir, Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH, İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb, Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var, Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO, Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub, Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq,

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Tarix: Bugün, 12:19

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Enerji menecment sisteminə dair Tələblər"də və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları"nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra bəzi təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatı Energetika Nazirliyi ilə yanaşı enerji effektivliyi informasiya sisteminə (EEİS) də təqdim edəcək. Bundan başqa, təsərrüfat subyektində tətbiq olunan enerji menecment sisteminin və bu sahədə əldə edilmiş nəticələrə dair illik hesabatlar sorğu edildiyi təqdirdə hər hesabat ilindən sonra gələn növbəti ilin yanvar ayının sonuna qədər Energetika Nazirliyi ilə yanaşı EEİS-ə də təqdim olunacaq.

Eyni zamanda, bundan sonra effektivlik potensialının qiymətləndirilməsi EEİS vasitəsilə həyata keçiriləcək. Təsərrüfat subyektləri müvafiq hesabatları yazılı və ya elektron qaydada EEİS vasitəsilə nazirliyə təqdim edəcək. Qiymətləndirmənin nəticələri 5 iş günü müddətində həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR