Son Xəbər: Magistratura imtahanının nəticələri elan olunub, Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib, Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH, İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib, Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH, Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub, Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib, Sabah Azərbaycanda 39 dərəcə isti olacaq, Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib, Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək,

Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

Tarix: Bugün, 18:25

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlisiniz. Sizin qeydiyyatdan keçməməyiniz bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR