Son Xəbər:
Tarix: Bugün, 12:47

Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyadakı "Lukoyl-Volqoqradneftepererabotka" neft emalı zavodunun (NEZ) vurulduğunu bəyan edib.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti öz teleqram kanalında məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat çərçivəsində müvəqqəti işğal olunmuş Krımdakı Yevpatoriya aviasiya zavoduna və Rusiyanın Krasnodar diyarındakı Taman limanının infrastrukturuna da zərbələr endirilib.