Son Xəbər: Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq, Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib, Magistratura üzrə plan yerləri niyə boş qalıb?, Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir, İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub, Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb, Sabah 39 dərəcə isti olacaq, Tokayev Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını yeni əməkdaşlıq mərhələsi kimi dəyərləndirib, Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub, Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək,

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

Tarix: Bugün, 15:53

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

"İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir".

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: “500–600 bal intervalında keçid ballarında təxminən 16 baladək azalma ola bilər. 400–500 bal intervalında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir.

II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1–3 bal azalma gözlənilir: “300–400 bal intervalında azalma 12 baladək çata bilər. 200–300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3–4 bal yüksəlməsi mümkündür.

III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3–4 bal azalma ola bilər. 500–600 bal intervalında isə keçid ballarının 3–4 bal artacağı gözlənilir. 200–500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1–8 bal artım proqnozlaşdırılır”.

DİM sədri bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir: “Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15–17 baladək artım mümkündür. 500–600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200–300 bal intervalında isə keçid ballarının aşağı düşməsi gözlənilir”.

O qeyd edib ki, hazırda təqdim olunan statistika ilkindir və iki cəhdin nəticələrinə əsaslanır: “Dəqiq statistika yekunlaşdıqdan sonra dərc ediləcək. Hər bir abituriyent həmin statistikaya əsasən öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR