Son Xəbər: Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq, Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib, Magistratura üzrə plan yerləri niyə boş qalıb?, Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir, İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub, Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb, Sabah 39 dərəcə isti olacaq, Tokayev Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını yeni əməkdaşlıq mərhələsi kimi dəyərləndirib, Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub,

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Tarix: Bugün, 17:18

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

Bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarla Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi də təsdiq edilir (Əlavə olunur).

Mərkəzi Komissiya:

- bu Qərarın icrası ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin operativ həlli üçün zəruri tədbirlər görəcək;

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatı əsasında bu Qərarın 3 nömrəli əlavəsində nəzərdə tutulmuş siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələrinə cəlb ediləcək şəxslərin xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək;

- əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin icra vəziyyətini mütəmadi nəzərdən keçirsin və bu Qərarın icrasının gedişi barədə hər 6 (altı) aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edəcək.

Qərara əsasən, Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-i saat 00:00 vəziyyətinə keçirilir. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə

2028-ci il oktyabrın 1-dən 31-dək Xaçmaz rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsin Komitədə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini, onun keçirilməsini, yekunlarının işlənilməsini və nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə bu Qərarın 3 nömrəli əlavəsində göstərilən vəzifələr üzrə işçilərdən ibarət siyahıyaalma qrupu yaradacaq, qrupun işçi sayını hər il üçün həmin əlavə ilə müəyyən edilmiş həddə uyğun formalaşdırsın və işçilərin müddətli əmək müqaviləsi əsasında işə qəbulunu təmin edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR