Son Xəbər: Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur, Xəzər dənizində zəlzələ olub, Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib, Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH,

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Tarix: 5-08-2026, 12:21

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

"Özəl bağçaların maliyyələşməsi aylıq əsasda həyata keçiriləcək".

Bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.

“Məktəbəqədər təhsil icbari deyil. Valideynlər bəzən uşaqlarını iki-üç ay bağçaya göndərib daha sonra çıxarırlar. Ona görə də bir illik vəsait əvvəlcədən ayrılmayacaq. Uşaqların davamiyyəti monitorinq olunacaq və dövlət öz üzərinə düşən payı hər ay ödəyəcək. Necə ki, valideyn hər ay təhsil haqqını ödəyir, dövlət də aylıq maliyyələşdirmə aparacaq. Müqavilə 10 aylıq olacaq. Adətən yay aylarında valideynlər məzuniyyətə çıxdıqları və hava şəraiti ilə əlaqədar uşaqları bağçalara daha az göndərdikləri üçün bu müddət nəzərə alınıb”.

O deyib ki, hər bağçanın müəyyən tutumu var və bu məlumat məktəbəqədər təhsil informasiya sistemində qeyd olunur: “Həmin yerlərin bir hissəsi artıq tam ödəniş edən valideynlərin uşaqları üçün nəzərdə tutulub, digər hissəsi isə yeni qəbul olunan uşaqlara ayrılacaq. Əgər hər hansı valideyn uşağını bir bağçadan çıxarıb başqa bağçaya keçirərsə, həmin yer boşalacaq və növbədə olan digər namizəd həmin yerdən yararlana biləcək. Təhsil müəssisəsi təhsil haqqını müqavilədə müəyyən edir. Əgər sonradan qiyməti artırırsa, valideynlə yeni müqavilə bağlanmalıdır. Valideyn bilir ki, Bakı şəhərində dövlət tərəfindən ayrılan maksimum məbləğ 300 manatdır və qalan hissəni özü ödəməlidir. Əgər buna razıdırsa, müqavilə qüvvədə qalacaq, razı deyilsə, müqavilədən imtina edə bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR