Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Tarix: 6-08-2026, 10:50

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin daha da artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır.

Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Qeyd edilib ki, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır.

"Hazırda sərnişinlər üçün 30 deyil, 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq. Bu yenilik sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı hazırlıqlarını daha rahat həyata keçirməyə imkan verəcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, eyni zamanda, satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə şərait yaradacaq. ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı işləri davam etdirir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR