Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Tarix: 6-08-2026, 12:16

 Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2026-cı ildə üçdə iki dəfə azalıb.

Bu barədə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk Qırğızıstan-Rusiya iqtisadi forumu çərçivəsində jurnalistlərə bildirib.

"2024-cü ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi rekord göstəriciyə - təxminən 12 milyard ABŞ dollarına çatıb, ötən il 8 milyard dollara düşüb. Bu il ticarət dövriyyəsində çox dramatik azalma (2025-ci ilin göstəricilərinə nisbətən təxminən üçdə iki dəfəyə qədər) gedir", - o deyib.

A.Overçuk qeyd edib ki, göstəricilərin bundan sonra da azalacağı bir vəziyyət yaranır.

"Hazırda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Ermənistan münasibətlərində yaranan vəziyyət proqnozlaşdırılan idi. Biz son illər ərzində Ermənistandakı həmkarlarımıza belə risklərin, xüsusilə də ticarət dövriyyəsinin azalması risklərinin mövcud olduğunu deyirdik", - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Avrasiya Hökumətlərarası Şurasının növbəti sessiyasında iştirak etmək üçün Çolpon-Ataya (Qırğızıstan) yola düşüb. Sessiyada Aİİ-Ermənistan münasibətləri müzakirə oluna bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR