Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Tarix: 6-08-2026, 16:12

 Ukrayna öz hərbi ehtiyaclarını müstəqil şəkildə müəyyən edir və raket əleyhinə vasitələrin tədarükü üçün maliyyə vəsaiti tələb edə bilər, Avropa İttifaqı (Aİ) bu cür müraciətləri sürətləndirilmiş qaydada nəzərdən keçirir.

Bunu Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenskinin raket əleyhinə vasitələrin tədarükünün azalması ilə bağlı sözlərini şərh edərkən bildiriblər.

Aİ-nin rəsmi nümayəndəsi Balaş Uyvari bildirib ki, Ukrayna döyüş meydanındakı vəziyyəti nəzərə alaraq lazımi silahların siyahısını formalaşdırır, bundan sonra Avropa Komissiyası təqdim olunmuş satınalma qrafikinə baxır və vəsaitlərin ayrılması haqqında qərarlar qəbul edir.

Avropa Komissiyasının nümayəndəsi həmçinin qeyd edib ki, ilin əvvəlindən Aİ "Ukraine Support Loan" mexanizmi çərçivəsində müdafiə ehtiyacları üçün Ukraynaya artıq 8,5 milyard avro yönəldib. Bu vəsaitlər qırıcıların, raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) alınmasının və istehsalının maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Üstünlük Aİ ölkələrində və Ukraynada istehsal olunan silahlara verilir, lakin zərurət yarandıqda qaydalar məhsulları Aİ-dən kənarda da almağa icazə verir.

Avropa Komissiyasından əlavə edilib ki, yeni maliyyələşdirmə paketləri növbəti satınalma qrafikləri təsdiqləndikdən sonra elan ediləcək və Ukraynaya dəstək işinin "yay fasiləsi olmadan" davam etdiyi vurğulanıb.

Aİ-nin Xarici İşlər Xidmətinin nümayəndəsi Anita Hipper öz növbəsində bildirib ki, Ukraynanın əvvəlki kimi əlavə hərbi yardıma təcili ehtiyacı var və bu, Aİ üçün əsas prioritet olaraq qalır. Bundan əlavə, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas artıq ehtiyatları olan bütün Aİ-yə üzv dövlətləri onları Ukraynaya verməyə çağırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR