Son Xəbər: Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq, Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib, İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib, İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib, Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib, Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar, Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib, Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib, İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz, Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ,

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tarix: 7-08-2026, 12:06

 
Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanması və "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə razılaşmaların mövcudluğu Birləşmiş Ştatlara Bakı və İrəvanla münasibətləri yenidən başlatmağa imkan verdi.

Bu barədə ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun "CIVILNET"ə müsahibəsində bildirib.

"ABŞ bu məqamdan (2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit - red.) həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yenidən başlatmaq üçün istifadə etdi", - müşavir bildirib.

O qeyd edib ki, bu sənədlərin imzalandığı andan etibarən regionda tərəflər arasında heç bir silahlı insident qeydə alınmayıb. Əksinə, tərəflər qarşılıqlı fəaliyyət göstərməyi, o cümlədən ticari-iqtisadi münasibətləri inkişaf etdirməyi öyrəniblər.

Laytstounun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla münasibətləri nə qədər möhkəm qurarsa, Cənubi Qafqazda sülh bir o qədər dayanıqlı olacaq. O vurğulayıb ki, regionun inkişafı sayəsində bölgədə möhkəm və davamlı sülhün bərqərar olma imkanı artır və Azərbaycanla Ermənistanı birləşdirmək məqsədi daşıyan logistika qovşağı layihəsinin bilavasitə adı da (TRIPP - red.) məhz buna istinad edir.

"Siz rifaha aparan sülh şanslarını əhəmiyyətli dərəcədə artırırsınız, layihənin adı da elə buradandır – Beynəlxalq Sülh və Rifaha doğru Tramp yolu ("Tramp Marşrutu", TRIPP - red.) Rifah sülh imkanlarını gücləndirir və eynilə sülh də gələcək tərəqqi üçün platforma yaradır", - Laytstoun bildirib.

Müşavir xatırladıb ki, ABŞ tərəfi layihənin həyata keçirilməsi üçün artıq 201 milyon dollar ayırıb və onun fikrincə, bu, investisiya əməkdaşlığının "tavanı deyil, alt həddidir". Laytstoun həmçinin qeyd edib ki, bu cür yanaşma Ağ Evin bütün digər administrasiyalarından fərqlənir.

"Biz investisiya yatırdıqca və gəlir əldə etdikcə, sizin daha da gücləndiyinizi görəcəyik. [ABŞ] Prezidenti [Donald] Tramp ABŞ-ni və onun müttəfiqlərini gücləndirən investisiyalar yatıraraq bu yanaşmaya rəhbərlik edib. ABŞ-də biz öz coğrafi mövqeyindən çatışmazlıq kimi deyil, üstünlük yaradan tramplin kimi istifadə edə bilən strateji dostlar və müttəfiqlər axtarırıq", - o vurğulayıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR