Son Xəbər: "Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir, Sabah Azərbaycanda yağış yağacaq, Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb, Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər, Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib, Babək prospektində avtomobil salonu yanıb, Azərbaycan neftinin qiyməti 95 dolları keçib, Azərbaycan neftinin qiyməti 95 dolları keçib, MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır, Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib,

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Tarix: Bugün, 13:17

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Minillik mədəni irsə malik olan Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini - qədim petroqliflərdən və zərdüştlük abidələrindən tutmuş muğam, xalçaçılıq, teatr və müasir incəsənətə qədər özündə birləşdirir.

Bu barədə Uruqvayın "Diario La R" qəzetinin məqaləsində əks olunub.

"Azərbaycanın zəngin və rəngarəng mədəniyyəti uzun və zəngin tarixin nəticəsidir", - nəşrdə qeyd olunub.

Məqalə müəllifləri vurğulayıblar ki, Azərbaycan mədəniyyətini incəsənətin və memarlığın ən müxtəlif formalarında görmək olar: "Rəngarəng mətbəxdən və ənənəvi sənətkarlıqdan tutmuş təbiətin gözəlliklərinə, memarlıq möcüzələrinə, musiqi və incəsənətə qədər - Azərbaycan əsl mədəniyyət mərkəzidir".

Materialda ölkənin tarixi irsinə xüsusi diqqət yetirilib. Xüsusilə, müəlliflər zərdüştlük məbədi olan Atəşgahı və qayaüstü rəsmlər, keramika, məişət əşyaları, zərgərlik məmulatları, silahlar və sikkələrin nümayiş olunduğu "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət etməyi tövsiyə edirlər.

"Bu kolleksiya yunanların, romalıların, farsların, moğolların və türklərin mədəni təsirini nümayiş etdirir, həmçinin Azərbaycanın özünəməxsus kimliyinə qədimdən sadiqliyini təsdiq edir", - məqalədə bildirilir.

Azərbaycan musiqisindən bəhs edən "Diario La R" muğamı xüsusi olaraq vurğulayır.

"Azərbaycan musiqisinin ən xarakterik cəhəti muğamdır - bu, vokal və instrumental hissələrin növbələşməsi ilə ifadə olunan musiqi improvizasiyasıdır. O, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və hər il Ümumdünya Muğam Festivalında qeyd olunur", - nəşrdə bildirilib.

Materialda həmçinin Azərbaycan ədəbiyyatının, təsviri sənətinin, teatrının və kinematoqrafiyasının inkişafından bəhs edilir. Müəlliflər Qobustanın qədim petroqliflərinə, xalçaçılıq ənənələrinə və müasir incəsənətə diqqət çəkirlər.

"Azərbaycan təsviri sənətini Qobustan qayaüstü rəsmləri kimi tanınan qədim petroqliflərdə, Milli İncəsənət Muzeyində sərgilənən keramika məmulatlarında, Naxçıvan və Qəbələdə aşkar edilmiş dekorativ sütunlarda görmək olar", - nəşrin müəllifi qeyd edib.

Bununla yanaşı vurğulanıb ki, Sovet İttifaqı dağıldıqdan sonra azərbaycanlı rəssamlar beynəlxalq incəsənət səhnəsinə çıxış əldə ediblər və bu gün öz əsərlərini həm ölkə daxilində, həm də xaricdə təqdim edirlər. Bakıda və digər iri şəhərlərdə həmçinin müntəzəm olaraq kinofestivallar keçirilir.

Qəzet Azərbaycan kinematoqrafiyasının tarixinə xüsusi diqqət yetirir. Məqalədə qeyd olunub ki, Azərbaycan kino istehsalının inkişaf etməyə başladığı ilk ölkələrdən biri olub. Nümunə kimi 1898-ci ildə neft mədənlərindəki yanğınlar haqqında çəkilmiş səssiz film vurğulanıb.

Bundan əlavə, nəşr qeyd edir ki, Azərbaycanda 50-dən çox muzey var. Ən məşhurları arasında Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin adları çəkilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR