Son Xəbər: Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər, Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto, Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm, Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb, MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb, Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb, "Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir, Sabah Azərbaycanda yağış yağacaq, Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb, Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər,

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Tarix: Dün, 15:45

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur.

2026-cı il məzunları attestatlarını myGov platformasından əldə edə bilərlər.

Bildirilib ki, yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq “myGov” platformasında əlçatandır.

"Məzunlar sənədlərini myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər. Elektron attestatın üzərindəki QR kod oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür",- MÜTDA-dan bildirilib.

Qeyd edilib ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək:

"Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR