Son Xəbər: Sabah rayonlara yağış yağacaq, İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib, Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib, Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub, Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək, Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb, DYP piyadalara müraciət edib, Azərbaycan nefti 95.5 dollara satılır, Mahmud Abbas Türkiyədə səfərdədir, Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir,

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

Tarix: Bugün, 13:10

Sabah rayonlara yağış yağacaq


Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR