Son Xəbər: “Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır, ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib, Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ, SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub, Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib, Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb, Sabah 37 dərəcə isti olacaq, Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib, 9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub,

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Tarix: Bugün, 09:16

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verən genişmiqyaslı meşə yanğını səbəbindən təxminən 1,8 min nəfərin təxliyəsinə başlanılıb.

"Bild" nəşri xəbər verir ki, yanğın Hüürtgenvald kommunasında, Qay rayonunda baş verib.

Məlumata görə, alov bütün gecə davam edib və təxminən 25 hektar ərazini əhatə edib. Yanğın Hüürtgenvald yaşayış məntəqəsinə təxminən 500 metr məsafədə başlayıb və Qay rayonu istiqamətində yayılıb.

Vəziyyət yerli hakimiyyət orqanları tərəfindən “böyük fövqəladə vəziyyət” kimi qiymətləndirilib. Yanğın səbəbindən B399 federal avtomobil yolu və ərazidəki L25 yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yanğının söndürülməsinə cümə axşamı günorta saatlarından başlanılıb. Meşə ərazisinə helikopterlə su atılıb, lakin hava qaraldıqdan sonra uçuşlar dayandırılıb. Yanğınsöndürənlər gecə saatlarında da ərazidə işlərini davam etdiriblər.

Hazırda xəsarət alanların olmadığı bildirilir. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR