Son Xəbər: Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş, İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb, İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB, Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ, İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var, Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib, FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib, Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb, “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı, Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir,

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

Tarix: Dün, 16:33

 
Qətər 3 iranlı pilotu əsir götürübmüş.

İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə məktub göndərib.

Məktubda Qətərdə əsir saxlanıldığı bildirilən 3 iranlı pilotun vəziyyətinin araşdırılması istənilib.

İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin məlumatına görə, əldə olunan informasiyaya əsasən, ABŞ və İsrailin İrana qarşı hücumlarına cavab olaraq Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirən 3 iranlı pilot Qətər qüvvələri tərəfindən sağ vəziyyətdə əsir götürülüb.

Bildirilib ki, hadisədən ötən 6 ay ərzində Qətər hökuməti beynəlxalq qanun və qaydaların, o cümlədən hərbi əsirlərin hüquqlarına riayət olunmasını nəzərdə tutan dörd Cenevrə Konvensiyasının tələblərinin əksinə olaraq, bu şəxslərin hüquqlarını pozub.

Komitənin rəhbəri general Məhəmməd Baqerzadə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Marianna Spolyarikə göndərdiyi məktubda bildirib ki, Üçüncü Cenevrə Konvensiyasına əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi Qətərdə saxlanıldığı bildirilən iranlı pilotlarla mümkün qədər tez görüşməli və onların sağlamlıq vəziyyətini araşdırmalıdır.

O, həmçinin pilotların azad edilməsi üçün lazımi şəraitin yaradılmasını tələb edib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından iki gün sonra İran ordusunun Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd Su-24 bombardmançı təyyarəsi Şiraz aviabazasından havaya qalxaraq Qətərdə yerləşən Əl-Üdeyd aviabazasını bombalayıb.

Hazırda həmin pilotlardan birinin meyitinin İrana qaytarıldığı bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR