Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır

Tarix: 20-08-2026, 10:39

2026–2027-ci tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli idman liseyinin və "Vətən" idman liseyinin V sinfinə, həmçinin VI–IX siniflər üzrə vakant şagird yerlərinə, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin II–IX sinifləri üzrə vakant şagird yerlərinə qəbul üçün qeydiyyat prosesinə start verilir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeydiyyat prosesi 20 avqust saat 15:00-dan 24 avqust saat 18:00-dək sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən təhsil müəssisələrinə qəbul prosesi müəyyən edilmiş qaydalara uyğun olaraq müsabiqə əsasında aparılacaq.

Namizədlər müəyyən edilmiş müddət ərzində sy.edu.az portalına daxil olaraq elektron qaydada qeydiyyatdan keçə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR