Son Xəbər: Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır, Rusiya başladığı müharibəni uduzur, Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib, Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq, ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var, İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır, DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib, Azərbaycan neftinin qiyməti 95 dolları keçib, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək, Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB,

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Tarix: Bugün, 13:38

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Ali Məhkəmədə Qırğız Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.

Türk dövlətlərinin ali məhkəmələri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüş zamanı qonaqlara Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsallaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmələrin ixtisaslaşması, müasir informasiya texnologiyalarının geniş tətbiqi və qanunvericilik bazasının davamlı təkmilləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

"Elektron məhkəmə" informasiya sisteminin inkişaf etdirilməsinin, eləcə də süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqinin məhkəmə xidmətlərinin daha operativ, keyfiyyətli və əlçatan olmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nurlan Alişeroviç Musayev səfərin əsas məqsədinin Azərbaycanda "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyəti ilə yaxından tanış olmaq və bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək olduğunu bildirib. O, iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın məhkəmə sistemində aparılan islahatları və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR