Son Xəbər: CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib, Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib, "Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb, İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir, İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib, Sabah Azərbaycanda 40 dərəcə isti olacaq, Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib, Kəlbəcərə dolu düşüb, Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb, Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib,

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Tarix: Bugün, 12:36

 Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından, həmçinin BMT-dən rəsmi şəxslər iştirak ediblər.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qeyd edib ki, reparasiya yalnız keçmişdə yaşanan əzablara görə maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, reparasiya müstəmləkəçiliyin uzunmüddətli mirasının və həmin siyasətlərin yaratdığı, bu günədək davam edən problemlərin aradan qaldırılmasına da xidmət etməlidir.

Konqonun Milli İnsan Hüquqları Komissiyasının prezidenti Paul Nsapu Mukulu bildirib ki, Konqo xalqı tarix boyu ən çox təzyiqlərlə üzləşən xalqlardan biridir və bu gün qarşıda duran əsas vəzifələrdən biri keçmiş ədalətsizliklərin nəticələrinin aradan qaldırılmasıdır.

Konfrans iştirakçıları Belçikanın Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi xalqlarına qarşı müstəmləkəçilik dövründə törətdiyi cinayətlərə görə rəsmi üzr istəməsi və təzminat ödəməsi məsələsinin BMT-nin, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyində irəlilədilməsi məsələsini müzakirə ediblər.

Bundan əlavə, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsində təsbit olunan prinsiplərə uyğun olaraq, Belçikanın reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq məcburedici mexanizmin işlənib hazırlanması məsələsi də müzakirə olunub.

Tədbirdə həmçinin Belçikanın müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsi, keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər proseslərə cəlb olunması, insan qalıqları və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələləri diqqət mərkəzində olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR