Son Xəbər: 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır, Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub, Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib, Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək, Prezident İlham Əliyev "Sabah"ı təbrik edib, Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək, Bu gün Laçın Şəhəri Günüdür, Bu gün Mehriban Əliyevanın doğum günüdür, Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib, Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib,

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Tarix: Bugün, 15:22

 
Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)  məlumat yayıb

Bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq "3.28" – "durmaq qadağandır", "5.14" – "minik taksilərinin duracaq yeri" nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.

Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);

İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);

Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı (minib-düşmə yeri);

9-cu köndələn küçəsi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin yanı (minib-düşmə yeri);

Hüseynbala Əliyev küçəsi, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığı (minib-düşmə yeri);

Süleyman Sani Axundov küçəsi, metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);

Füzuli küçəsi, "28 Mall"un yanı (minib-düşmə yeri);

Şəmsi Bədəlbəyli küçəsi, "28 Mall"un yanı (avtobus zolağında minib-düşmə yeri).




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR