Son Xəbər: Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb, Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO, Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır, Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək, "Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM, “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək, “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib, Moldovanın hava sahəsində 5 dron müşahidə olunub, Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib, İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik,

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Tarix: Bugün, 09:05

 Nepalın şimal ərazilərində daşqınlar 469 nəfərin həyatına son qoyub.

Bu barədə "Report" Nepal polisinə istinadən xəbər verir.

"469 nəfərin meyiti tapılıb, 1 545 nəfər yaralanıb və ya xilas edilib", - hüquq-mühafizə orqanlarının son hesabatında bildirilir.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata Nepal Ordusu, Silahlı Polis Qüvvələri və Nepal Polisindən 13 295 nəfər cəlb olunub. Xilasedicilər dağıntıları təmizləyir və insanları yerin altından çıxarırlar.

Nepal Baş naziri Balendra Şah vəziyyətin gərgin olaraq qaldığını bildirib. Onun sözlərinə görə, hakimiyyətin əsas prioritetləri insanların xilas edilməsi, itkin düşmüş şəxslərin axtarışı, yaralılara tibbi yardım göstərilməsi və fəlakətdən zərər çəkmiş ailələrə dəstək olmaqdır.

Xatırladaq ki, avqustun 26-da səhər Nepalın şimalında güclü daşqın baş verib. İlkin məlumata görə, buna səbəb "Rasuvaqadi" sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə Nepal-Çin sərhədində baş verən qaya uçqunu olub. Yüzlərlə insan, o cümlədən təxminən 500 xarici vətəndaş itkin düşüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR