Son Xəbər: Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib, Tokayev Qazaxıstan hökumətini istefaya göndərib, Azərbaycan neftinin qiyməti 92 dolları ötüb, Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb, Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO, Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır, Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək, "Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM, “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək, “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib,

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Tarix: Bugün, 10:16

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,8 ABŞ dolları və ya 0,87 % artaraq 92,31 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 89,22 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,89 ABŞ dolları və ya 1,01 % artaraq 89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR