Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Tarix: 1-09-2026, 14:45

 İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, cari ildə ailələrinə təhvil verilmiş və dəfn olunanların sayı 85 nəfər olub. Onlardan 21-i avqustda, 64-ü cari ilin yanvar-avqust aylarında dəfn edilib.

Bu günədək 910 şəxsə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Bunlardan 5-i cari ilin avqust ayında, 79-u isə ilin yanvar-avqust ayları ərzində aşkarlanıb.

Aparılan DNT və məhkəmə-tibbi üsullarla müəyyən edilmiş 328 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib ki, bunun da 57-si cari ilin ilk 8 ayında reallaşıb.

Bununla yanaşı, azad edilmiş ərazilərdə aparılan araşdırmalar zamanı indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb.

Məlumatda həmçinin vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır, 3 682 nəfər hələ də itkin düşmüş hesab olunur.
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR