Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Tarix: 3-09-2026, 08:58

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxt Bakı şəhərində və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.

Bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov, Nazim Hikmət küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Abşeron RETSİ-nə daxil olan Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Dəhnə" hava xəttində təmir işləri icra olunacaq. Planlı fasilə saat 11:00-dan 12:30-dək rayonun Aşağı Ağcayazı, Dəhnə, Yuxarı Ağcayazı kəndləri, Türyançay qəsəbəsi, şəhər ərazisində isə Yeni Məşəd küçəsi, 47-ci məhəlləni əhatə edəcək.

Yevlax EŞ-yə daxil olan Aran qəsəbəsi və Salahlı kəndində saat 09:00-dan 13:00-dək, Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərinin bir sıra hissələrində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq. Müvəqqəti məhdudiyyətin yaranmasına səbəb rayon ərazisində 6 və 10 kV-luq elektrik xətlərində təmir işlərinin aparılmasıdır.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR