Son Xəbər: ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı, Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib, Putinin mühafizəsi GÜCLƏNDİRİLİB, LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib, Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib, Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb, Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq, Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb, Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb, Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar,

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Tarix: Bugün, 17:45

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Bakıda keçiriləcək beynəlxalq "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bakı Bulvarının "Yeddi gözəl" fəvvarəsinin qarşısındakı ərazidə "IRONMAN" kəndi və əyləncə zonası fəaliyyətə başlayıb. Ziyarətçilər burada "IRONMAN" ab-havasını yaxından hiss edə, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edə, əsas yarış ərəfəsində asudə vaxtlarını səmərəli keçirə bilərlər.

Həmçinin sentyabrın 5-də keçiriləcək "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışında iştirak edəcək idmançıların qeydiyyatına başlanılıb.

Tədbirin əsas yarışı sentyabrın 5-də keçiriləcək. Dünyanın 62 ölkəsindən idmançılar start xəttinə çıxacaqlar. "IRONMAN 70.3" yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış olmaqla üç mərhələdən ibarətdir. Yarışlar kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçiriləcək.

"Alufar IRONMAN 70.3" çərçivəsində estafet yarışı da təşkil olunacaq. Kişilər, qadınlar və qarışıq komandalar arasında keçiriləcək yarışda ümumilikdə 47 komanda iştirak edəcək. Yarışın yekunlarına əsasən ən aktiv 3 klub da mükafatlandırılacaq.

"IRONMAN 70.3 Baku" yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək "IRONMAN 70.3" triatlon üzrə Dünya çempionatına vəsiqə qazanacaq.

"Alufar IRONMAN 70.3 Baku" tədbiri çərçivəsində sentyabrın 4-də uşaqlar üçün "IRONKIDS", eləcə də "Fun Run" qaçışları keçiriləcək. "IRONKIDS" yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik "Fun Run" qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Hər iki yarışa qeydiyyat hazırda davam edir.

Qeyd edək ki, yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR