Son Xəbər: BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq, ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı, Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib, Putinin mühafizəsi GÜCLƏNDİRİLİB, LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib, Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib, Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb, Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq, Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb,

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Tarix: Bugün, 08:58

 Bu gün Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeronun Mazasır qəsəbəsinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakı və Abşeronda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai RETSİ-yə daxil olan Kazımağa Kərimov küçəsində saat 10:00-dan 15:00-dək 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 01:00-dan 03:00-dək Mazasır qəsəbəsi Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələrinin bəzi ərazilərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR