Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Tarix: 9-09-2026, 12:01

 Xəzər dənizinin səviyyəsinin dəyişməsi qlobal miqyasda bir ekoloji çağırışdır.

Bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının baş direktoru Eldar Salahov bildirib.

"Bu, bütün Xəzəryanı ölkələrin qarşısında duran məsələdir. Qeyd eləməliyəm ki, hazırda Xəzər dənizində dəniz suyunun enməsi ilə bağlı limanda texniki problemlər müşahidə edilmir. Lakin Bakı Limanı olaraq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə artıq tərəfimizdən zəruri tədbirlər həyata keçirilir", - Eldar Salahov qeyd edib.

Onun sözlərinə görə, yay aylarında dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender elan edilib. Artıq tenderin nəticələri qiymətləndirilir və yaxın günlərdə artıq yekun müqavilənin şərtlərinin razılaşdırılması nəzərdə tutulur: "Düşünürəm ki, 2026-cı ilin sonlarında artıq Xəzər dənizində fiziki olaraq beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq".

O əlavə edib ki prosesin təqribən 1 il yarım davam edəcəyi nəzərdə tutulur. Bununla bağlı bütün texniki hazırlıq işləri, dəniz dibinin öyrənilməsi, batimetriya tədbirləri tərəfimizdən həyata keçirilib.

"Bu qabaqlayıcı tədbirdir və hazırda dəniz səviyyəsinin dəyişməsi ilə bağlı limanda texniki və gəmi qəbulu ilə bağlı məhdudiyyətlər müşahidə olunmur", - Eldar Salahov vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR