Son Xəbər:
Tarix: Bugün, 16:35
Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb.
Hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
"Audi" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar.
Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.