Son Xəbər: Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik, FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq, Ağdərədə atlı minaya düşüb, xəsarət alıb, Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək, Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır, Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var, Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir, Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var, Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb, Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib,

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Tarix: Bugün, 12:00

 Fars körfəzi ölkələrinin xarici işlər nazirləri Hörmüz boğazından gəmiçiliklə bağlı müvəqqəti sazişi müzakirə etmək üçün iranlı həmkarı Abbas Əraqçi ilə görüşməyi planlaşdırırlar.

Bu barədə "Financial Times" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüş Oman və İranın təşəbbüsü ilə sentyabrın 14-də Omanın Səlalə şəhərində baş tutmalıdır.

Nəşrin məlumatına görə, Maskat və Tehran gəmilərin strateji əhəmiyyətli su yolundan keçidini tənzimləyən müvəqqəti sazişin bağlanması üçün region dövlətlərinin dəstəyini qazanmağa ümid edir.

Daha əvvəl İran hərbçiləri boğazdan icazəsiz keçməyə cəhd edən istənilən gəmi hücuma məruz qala və ya sanksiyalar siyahısına salına biləcəyi barədə xəbərdarlıq etmişdilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR