Son Xəbər: İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb, Birinci sinfə elektron qəbul yenidən aktivləşir, Kim qızıl alır, kim satır? - SİYAHI, Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər, Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal, Bakıda avtomobil qadını vuraraq öldürüb, Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq, Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək, Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam, Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ,

Kim qızıl alır, kim satır? - SİYAHI

Kim qızıl alır, kim satır? - SİYAHI

Tarix: Bugün, 12:20

 Ölkələrin qızıl ehtiyatlarında son dövrdə diqqətçəkən dəyişikliklər qeydə alınıb. Bəzi ölkələr qızıl alışını artıraraq ehtiyatlarını genişləndirərkən, bir sıra dövlətlərdə qızıl ehtiyatlarının azaldığı müşahidə olunub.

Beynəlxalq Valyuta Fondunun (BVF) IFS statistikasına əsaslanan məlumatlara görə, qızıl ehtiyatında ən böyük azalma Rusiya, Türkiyə, Meksika, Malta və Rumıniyada qeydə alınıb.

Siyahıya Rusiya başçılıq edir. Ölkənin bu il ərzində qızıl ehtiyatı 21,77 ton azalıb.

İkinci yerdə Türkiyə qərarlaşıb. Türkiyənin qızıl ehtiyatında 4,23 ton azalma qeydə alınıb.

Qızıl ehtiyatını ən çox azaldan ölkələr sırasında üçüncü yerdə Meksika yer alıb. Bu ölkədə göstərici 0,10 ton azalıb.

Malta 0,03 ton azalma ilə dördüncü, Rumıniya isə 0,01 ton azalma ilə beşinci yerdədir.

Beləliklə, qızıl ehtiyatlarını ən çox azaldan ilk 5 ölkənin siyahısı belədir:

 Rusiya - 21,77 ton

 Türkiyə - 4,23 ton

 Meksika - 100 kq

 Malta - 30 kq

 Rumıniya - 10 kq

Məlumatlarda qızıl ehtiyatlarını artıran ölkələr də göstərilib.

Ötən dövr ərzində ən çox qızıl alan ölkə Polşa olub. Rəsmi Varşava 50,79 ton qızıl alışı edib. Çin 32,97 tonla ikinci, türk dövlətlərindən Özbəkistan 16,17 tonla üçüncü, Qazaxıstan 14,78 tonla dördüncü, Sinqapur isə 9,86 tonla 5-ci yerdədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR