Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Tarix: 12-09-2026, 15:44

 İranın cənub-şərqində SEPAH ilə terrorçu qrup arasında toqquşma baş verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan peşəkar terrorçu qrupla toqquşma baş verib.

SEPAH-ın yaydığı məlumata görə, toqquşma nəticəsində terrorçu qrupun 4 üzvü öldürülüb.

Bildirilib ki, bu gün günortaya qədər davam edən əməliyyat zamanı SEPAH-ın 3 əməkdaşı da həyatını itirib.

Məlumata əsasən, terrorçu qrupun gizləndiyi yerdən bir sıra silahlar, müəyyən miqdarda sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.

SEPAH əlavə edib ki, öldürülən terrorçuların sayının artacağı ehtimal olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR