Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Tarix: 16-09-2026, 14:36

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Haaqadakı Kosovo üzrə Xüsusi Palataların Məhkəmə Heyəti keçmiş Kosovo Azadlıq Ordusunun (KLA) rəhbərləri Haşim Taçi və Yakup Krasniçi hərəsini 25 il həbs cəzasına məhkum edib.

"Report"un Balkan bürosu xəbər verir ki, Məhkəmə Kollegiyasının sədri hakim Çarlz Smit bildirib ki, məhkəmə 1998–1999-cu illərdə Kosovo və Metoxiyada Kosovo Azadlıq Ordusunun (KLA) üzvlərinin qanunsuz və ya özbaşına həbs və azadlıqdan məhrumetmə, eləcə də qətl kimi hərbi cinayətlər törətdiyini təsdiqləyib.

Hökm elan edilərkən hakim bildirib ki, təqdim olunan bütün sübutlar əsasında Məhkəmə Heyəti 1998-ci ilin aprelindən 1999-cu il iyunun 20-dək Kosovo Azadlıq Ordusunun üzvlərinin ən azı 385 nəfəri özbaşına azadlıqdan məhrum etdiyini müəyyən edib.

Məhkəmə Heyəti müəyyən edib ki, 1998-ci ilin aprelindən 1999-cu il iyunun 20-dək 348 nəfər amansız rəftara məruz qalıb, onlardan 303 nəfərə isə işgəncə verilib.

Bununla belə məhkəmə qərara gəlib ki, KLA ilə o vaxtkı Yuqoslaviya Respublikası, yəni serb qüvvələri arasında qeyri-beynəlxalq silahlı münaqişə 1998-ci ilin martından 1999-cu il iyunun 20-nə qədər davam etdiyindən həmin dövrdən sonra sonra baş verənlər hərbi cinayət kimi tövsif edilməyəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR