Son Xəbər: Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək, Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb, Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq, Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb, 23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH, Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM, İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb, Bazar günü arabir yağış yağacaq, XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib, Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür,

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Tarix: Bugün, 10:41

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

AMB-nin 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, növbəti qərar sentyabrın 23-də elan ediləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti iyulun 31-də keçirilən son iclasında faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlayıb. Hazırda uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% təşkil edir.

Son qərar inflyasiyanın dinamikası və proqnozları, valyuta bazarındakı vəziyyət və daxili maliyyə bazarında gedən proseslər nəzərə alınmaqla qəbul edilib.

Avqustda Azərbaycanda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Beləliklə, inflyasiya Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonunda qalmaqla onun yuxarı həddinə yaxın səviyyədədir. Mövcud inflyasiya dinamikası faizlərin azaldılması imkanlarını məhdudlaşdıran amillərdən biri kimi çıxış edir. Eyni zamanda inflyasiyanın hədəf diapazonunu aşmaması faizlərin artırılması istiqamətində təzyiqləri də zəiflədir. Bu baxımdan, sentyabr iclasında faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılması mümkün ssenarilərdən biri hesab oluna bilər.

AMB-nin son proqnozuna əsasən, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir.

Mərkəzi Bank əvvəlki qərarında növbəti dövrdə faiz dəhlizinə dair qərarların inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəyini bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR