Son Xəbər: Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur, Xəzər dənizində zəlzələ olub, Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib, Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH, "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar, İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək, Zakir Həsənov Pakistana başsağlığı verib,

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Tarix: Bugün, 10:23

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib.

Nazirlikdən  verilən məlumata görə, FHN səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, baş vermiş yanğın hadisələrinin təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür:

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, kənd yerlərində geniş istifadə olunan təndirdən, habelə sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma, o cümlədən ətrafa atılan sönməmiş siqaret kötükləri, nəzarətsiz qalan uşaqların odla oynaması və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına və sonda acı nəticələrə gətirib çıxarır"

Bildirilib ki, təkcə bir faktı demək kifayət edər ki, yalnız cari ilin sentyabr ayının geridə qalan günləri ərzində bu qəbildən olan 22 yanğın faktı qeydə alınıb. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi kənd yerlərində yaşayan, o cümlədən ot tədarükü ilə məşğul olan vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətlərindən 15 metr, avtomobil yollarından isə 20 metr yanğına qarşı ara məsafələri gözlənilməlidir.

Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR