Son Xəbər: “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident, Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb, İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq", İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik, Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb, "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib, Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir, Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM, Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb, Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb,

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Tarix: Dün, 09:49

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi payız mövsümünün başlaması ilə bağlı sürücülərə müraciət edib.

 Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız mövsümündə yağıntı, duman və külək yol şəraitinə təsir göstərərək sürücülər və piyadalar üçün əlavə risklər yaradır:

"Görmə məsafəsinin azaldığı, yol örtüyünün sürüşkən olduğu belə şəraitdə ehtiyatsız davranış və qayda pozuntuları ağır nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hava və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməyə, nəqliyyat vasitələri arasında ara məsafəsini qorumağa, qəfil əyləcləmədən və təhlükəli manevrlərdən çəkinməyə çağırır. Piyada keçidlərinə, yolayrıclarına və təhsil müəssisələrinin ətrafına yaxınlaşarkən sürət əvvəlcədən azaldılmalı, piyadaların hərəkətinə xüsusi diqqət yetirilməlidir".

Bildirilib ki, sürücülər səfərdən əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalı, xüsusilə şüşəsilənlərin, xarici işıq cihazlarının və əyləc sisteminin saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər. Təkərlərin mövsümə və yol şəraitinə uyğunluğu da təhlükəsiz hərəkətin vacib şərtlərindəndir.

Qeyd edilib ki, piyadalar da yollarda diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun hər iki istiqamətini nəzərdən keçirməli və yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirməlidirlər. Məhdud görünmə şəraitində diqqəti yayındıran davranışlardan, o cümlədən yolu keçərkən mobil telefondan istifadə etməkdən çəkinmək vacibdir.

"Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizlik məsələsində məsuliyyətli davranmağa çağırır", - müraciətdə qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR