Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Tarix: 25-09-2026, 12:43

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

“Birinci istiqamət dövlət qulluqçularının pensiya sisteminin təkmilləşdirilməsidir. Təklif olunan dəyişikliklərə görə yeniliklər pensiya qanunvericiliyində tətbiq olunacaq. Nəticədə xüsusi şərtlərlə pensiya alan bir sıra şəxslərin pensiya təyinatı mexanizmlərinə dəyişiklik edilərək bu şəxslərə təyin olunacaq pensiya ilə onların əməkhaqqı arasındakı əlaqə aradan qaldırılır, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habələ sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyinatı mexanizmi müəyyən edilir. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən umumı əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək, pensiya məbləği ilə yanaşı, indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyalarına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək”, - deyə komtə sədri qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR