Son Xəbər: Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb, "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib, Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir, Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM, Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb, Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb, Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir, Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib, İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb, Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb,

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Tarix: Dün, 17:26


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində məşqlərin gedişatını izləyib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə rəhbər heyət təlim üzrə yaradılan vahid qərargahda birgə əməliyyatların planlaşdırılması və icrası ilə bağlı komandir heyətinin qərarlarına dair məruzələrini dinləyib.

Sonra təlim ərazisində açılan səhra hospitalında olan müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, NATO-nun 2-ci səviyyəli tibbi yardım standartlarına uyğun müasir avadanlıqlarla təchiz edilmiş mobil səhra hospitalı xəstə və yaralıların qəbuluna tam hazırdır.

Daha sonra Nazirliyin rəhbər heyəti təlim iştirakçıları üçün yaradılan sosial-məişət şəraiti və təminat məsələləri ilə maraqlanıb, yataqxanada və yeməkxanada olub.

Məruzə edilib ki, təlimin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların asudə vaxtının səmərəli keçirilməsi üçün təlim rayonlarında bütün imkanlar yaradılıb.

Sonda müdafiə naziri birgə əməliyyatların keçiriləcəyi ərazi ilə tanış olub, təlimə hazırlıq məşqlərini izləyib və təlim rəhbərlərinə müvafiq tapşırıqlar verib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR