Son Xəbər: Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar, Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb, AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb, Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq, Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB, Şahin Mustafayev rus həmkarı ilə görüşdü, “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident, Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb, İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq",

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Tarix: Bugün, 13:28

 Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR