Son Xəbər: Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi, Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ, Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər, Ağsuda dağlıq ərazidə yanğın başlayıb, Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ, Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır, Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub, İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI, Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM, "Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq,

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Tarix: Dün, 12:59

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Ağdam rayonundakı Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qurum regionlarda, eləcə də Bakıda yeni turizm məhsullarının yaradılması prosesi davam etdirilir: "Hazırda həmin turizm məhsullarının hazırlanması və infrastruktur işlərinin həyata keçirilməsi demək olar ki, bütün regionlarda davam etdirilir. Məsələn, Lahıcı qeyd edə bilərik. Basqalda bir neçə turizm məhsulunun hazırlanması istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Şəki "Yuxarı Baş" Qoruğu ərazisində artıq bir neçə müəssisə, o cümlədən Şəbəkə emalatxanası və Tarix-Diyarşünaslıq Muzeyi turistlərin istifadəsinə verilib. Digər məhsulların yaradılması istiqamətində də işlər görülür. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də işlər aparılır. Tuğ qoruğunda hazırda infrastruktur işləri görülür".

M.Ağabəyli qeyd edib ki, bu işlər Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb: "Proqramda yeni məhsulların hazırlanmasına xüsusi yer verilib. Bu işə mütəmadi olaraq davam etdiriləcək və məhsullar turistlərin istifadəsinə veriləcək. Eyni zamanda, infrastruktur işləri görülmüş müəssisələrdə də məhsullar hazırlanır. Bu iş bizim üstünlük verdiyimiz əsas istiqamətlərdən biridir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR