Son Xəbər: ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH, Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ, TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb, Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib, Zaqatalada zəlzələ olub, Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib, ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH, Ağstafada müəllimlər dərs üstündə dalaşdı - Polis araşdırır, “Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”,

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Tarix: Dün, 17:35

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən oktyabrın 1-də Qazaxıstan Qurultayının yeni seçilmiş sədri cənab Aybek Dadebay ilə görüşüb.

A. Dadebay R. Həsənlə görüşdən məmnunluğunu ifadə edib və onun TÜRKPA Baş katibi kimi səmərəli fəaliyyətini davam etdirməsini yüksək qiymətləndirib.

O, Qazaxıstanda həyata keçirilən mühüm islahatlar, o cümlədən Konstitusiya referendumu və Qurultaya keçirilmiş seçkilər barədə məlumat verərək, TÜRKPA-nın bu proseslərin beynəlxalq müşahidəsində iştirakına görə səmimi təşəkkürünü bildirib. O, qardaş türk xalqlarının dəstək və həmrəyliyinin Qazaxıstan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

R. Həsən öz növbəsində A. Dadebayı Qurultay sədri seçilməsi münasibətilə təbrik edib və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Baş katib, həmçinin Qazaxıstanın və Qurultayın rəhbərliyinə TÜRKPA-ya göstərdikləri davamlı dəstəyə görə minnətdarlığını ifadə edib və Qazaxıstanın Assambleyada sədrliyi dövründə əldə edilmiş səmərəli əməkdaşlığı xüsusi qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR