Son Xəbər: ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb, İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur, Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər, Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib, 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı, Rusiya onları beynəlxalq axtarışa verdi, Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb, Rusiya ordusu Kiyevə zərbə endirib, Dnepr çayı üzərindəki əsas körpü vurulub, İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb, İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi,

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Tarix: Bugün, 15:45

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.

Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.

Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR