Son Xəbər:
Tarix: Dün, 16:03

Hörmüz boğazında Panama bayrağı altında üzən “MT On Peace” ticarət gəmisinə endirilən zərbə nəticəsində 11 nəfər hindistanlı ekipaj üzvü yaralanıb.
"Times of India" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 6-da səhər saatlarında baş verib. Gəminin 19 nəfərlik heyətindən 17-si Hindistan vətəndaşıdır.
Nazirliyin məlumatına görə, hadisə nəticəsində 12 heyət üzvü yaralanıb. Onlardan 11-i Hindistan vətəndaşıdır. Yaralılar Oman hakimiyyətinin köməyi ilə təxliyə edilərək ölkənin Khasab şəhərində xəstəxanaya yerləşdirilib.
Hindistan Xarici İşlər Nazirliyi bölgədə gəmilərə qarşı davam edən hücumların ciddi narahatlıq doğurduğunu bildirib və belə hücumların dərhal dayandırılmasına çağırıb.