Son Xəbər: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb, İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb, Pa-de-Kale departamentinin prefekturası vağzalda partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq edib, Sabah 20 dərəcə isti olacaq, Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək, Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq olub, İsrail HƏMAS-ın vəzifəli şəxslərini məhv etmək üçün Qəzzada xəstəxanaya zərbə endirib, UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək, Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib, Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub,

Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycanda Konstitusiya Günüdür

Tarix: Bugün, 08:59

 Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Yeni Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR