Son Xəbər: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün nəqliyyat imkanlarını genişləndirir, Bakıda və rayonlarda sabah külək güclənəcək, Prezident İlham Əliyev Trampa təşəkkür edib, İstanbulda tramvayla avtobus toqquşub, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək,

Sabahdan yalnız bu mağazalar işləyəcək - SİYAHI

Sabahdan yalnız bu mağazalar işləyəcək - SİYAHI

Tarix: 20-06-2020, 14:56


Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun – 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi qaydalarının bəzi bəndlərinə aydınlıq gətirib. Belə ki, qərara əlavənin 5.5-ci bəndində fəaliyyətinə icazə verilmiş “məişət xırdavatlarının satışı məntəqələri”nə hansı mağazaların aid olduğuna dair vətəndaşlarda sual yaranıb.
Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov açıqlamasında bildirib ki, bura yalnız xırda məişət avadanlıqları satan obyektlər daxildir:
“Yəni, cəmiyyətdə “1001 xırdavat” adı ilə tanınan mağazalar. Deyək ki, ev üçün lazım olan elektrik lampası, su kranları və ya digər zəruri məhsullar satan mağazalar fəaliyyət göstərə biləcək. Həmin şəxslər də icaze.e-gov.az portalında qeydiyyatdan keçdikdən sonra işləyə bilərlər. Telefon, kompüter, gül və digər satış mağazalarının yerində xidmət, satış həyata keçirməsinə icazə verilmir. Onlar yalnız onlayn qaydada satış və çatdırma edə bilərlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR